Heydər Əliyev prospektinin əsas hissəsində yaranan tıxac aradan qaldırılıb
Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsi ilə bağlı yolun əsas hissəsində yaranan tıxac aradan qaldırılıb.
Bakı Nəqliyyat Agentliyindən “APA-Economics”ə verilən məlumata görə, yolda nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib.
Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verən yol qəzası prospektin “Koroğlu” metrostansiyası istiqamətində tıxaca səbəb olmuşdu.
***
saat 18.17
Heydər Əliyev prospektində baş verən yol nəqliyyat hadisəsi səbəbindən yolun əsas hissəsi bağlanıb.
Bu barədə “APA-Economics”ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Məlumata görə, prospektin kənar yollarında da tıxac var.