Bakı. Şəhriyar Əlizadə - APA. Bakıda Lerik sakinindən narkotik vasitə götürülüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lerik rayon sakini Qafur Kərimovdan 1 kiloqram 825 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.