Argentinada yüngül təyyarə qəzaya uğrayıb, iki nəfər həlak olub
24 aprel 2010 23:11 (UTC +04:00)
Bakı-APA. Argentinanın paytaxtı Buenos-Ayresdən 1500 km aralıda yüngül təyyarənin qəzaya uğraması nəticəsində pilot və sərnişin həlak olub. Bu barədə APA RİA Novosti-yə istinadən xəbər verir.
"Pipper PA-28 tipli təyyarə Bariloçe şəhər aerodromundan cümə günü havaya qalxdıqdan sonra radar ekranlarından itib. Axtarış tədbirləri nəticəsində Pataqoniyadakı Kondor rançosu yaxınlığında təyyarənin qalıqları, pilot və kanadalı turistin cəsədləri aşkar olunub", - deyə xilasetmə xidmətinin əməkdaşı Fidel Verorisa televiziya müsahibəsində bildirib.
Onun sözlərinə görə, Milli Aviasiya Komitəsinin ekspertləri üç gün ərzində hadisənin səbəbləri barədə məlumat verəcəeklər.

Hadisə
Bakıda avtomobil piyadanı vuraraq öldürüb - FOTO
00:37
13 sentyabr 2024
Daşkəsəndə qəza baş verib, bir ailənin üç üzvü xəsarət alıb - YENİLƏNİB
00:08
13 sentyabr 2024
“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs edilib
19:01
12 sentyabr 2024
Bakıda 3 gün əvvəl mənzilə silahlı basqında polisə müqavimət göstərərək qaçan şəxs həbs edilib
18:19
12 sentyabr 2024