Aşura günü qan verən şəxsin qanında HİV aşkarlanıb

Aşura günü qan verən şəxsin qanında HİV aşkarlanıb
# 17 oktyabr 2016 12:28 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Azərbaycanda Aşura günü qan verən 4141 nəfərdən 231-nin qanında təhlükəli infeksiya aşkarlanıb.

Bu barədə APA-ya Səhiyyə Nazirliyinin B. Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının laboratoriya müdiri Sevinc Məhərrəmova məlumat verib.

O bildirib ki, 1 nəfərin qanında HİV, 83 nəfərin qanında Hepatit B, 73 nəfərin qanında Hepatit C və 74 nəfərin qanında isə Sifilis infeksiyaları aşkar olunub.

Laboratoriya müdiri qeyd edib ki, təhlükəli infeksiyaların aşkarlandığı qan yandırılacaq.

Qeyd edək ki, Aşura günü ilə bağlı Azərbaycanda keçirilən qanvermə aksiyasında 4141 insan qan verib. Qanvermə aksiyası nəticəsində 1863,3 litr qan toplanıb. Aşura günü ilə əlaqədar Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyaları ölkənin 15 məscidində keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR