Bakı. Fərid Mirzəyev – APA. “Qadağan olunmuş seriyalardan olan dərman preparatları mütəmadi olaraq aptek şəbəkələrindən çıxarılır”.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bir sıra Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri mətbu orqanlarında illər boyu müxtəlif səbəblərdən ləğv edilmiş (qeydiyyatdan keçməmiş, istifadə müddəti bitmiş və. s) dərman preparatlarının siyahısını yerləşdirib: “Bu da əhali arasında çaşqınlığa səbəb olub”.
Səhiyyə Nazirliyi vətəndaşların diqqətinə çatdırıb ki, dərman bazarında vəziyyət stabildir, dərmanların, keyfiyyəti və təhlükəsizliyinə nəzarət daim diqqət mərkəzindədir.