Böyük Britaniya hökumətinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Nikolson noyabrın 28-də Bakıya gələcək.
Bu barədə APA-ya bu ölkənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Məlumatda bildirilir ki, səfər dekabrın 1-nə kimi davam edəcək. Səfər müddətində qonağın Azərbaycan prezidenti və digər rəsmi şəxslərə görüşü gözlənilir.