BANM-də tələbə qəbulu planı tam dolub

BANM-də tələbə qəbulu planı tam dolub
# 01 sentyabr 2016 10:49 (UTC +04:00)

Bakı-APA. Bakı Ali Neft Məktəbinə (BANM) 2016/2017-ci tədris ili üzrə tələbə qəbulu planı tam dolub.

BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya bildirilib ki, ayrı-ayrı ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin sayı haqqında statistik məlumata əsasən, bu il Bakı Ali Neft Məktəbi 100 faizlik qəbulolma göstəricisinə yiyələnib.

Qeyd edək ki, 2016/2017-cı tədris ilində ali məktəblərə I ixtisas qrupu üzrə keçirilən qəbulda respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplayan 3 tələbədən 2-si Bakı Ali Neft Məktəbinə daxil olub. BANM-in tələbə qəbulu üzrə ümumi statistik göstəricilərinə görə, 2016/2017-cı tədris ilində ümumi orta bal 667 bal, maksimal bal 700 bal olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR