Bakının Xətai rayonunda yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşların çıxmasına şərait yaradıb.