Buş Klintonu ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid hesab edir

Buş Klintonu ABŞ-ın milli təhlükəsizliyi üçün təhdid hesab edir
# 15 yanvar 2016 09:05 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. “Hillari Klintonun prezident seçkilərində qələbə çalması ABŞ-ın milli təhlükəsizliyi üçün ciddi təhdid ola bilər”.

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə republikaçılar daxilində ABŞ prezidentliyinə namizəd olmaq üçün mübarizə aparan Cebb Buş teledebatda çıxış zamanı deyib. O bildirib ki, Liviyanın Benqazi şəhərində ABŞ Baş Konsulluğuna terror hücumunun məsuliyyəti və Rusiya ilə münasibətlərdə “reset” siyasətinin məsuliyyəti məhz H. Klintonun üzərinə düşür: “O, prezident seçilsə, ABŞ üçün əsl kabus olacaq".

C. Buşun sözlərinə görə, H. Klinton seçilməsinin ardınca dərhal öz şəxsi problemlərini həll edəcək.

Qeyd edək ki, rəy sorğularına əsasən sabiq dövlət katibi Hillari Klinton demokratlar daxilində ABŞ prezidentliyinə namizədlər arasında liderlik edir.

ABŞ-da prezident seçkiləri 2016-cı ilin noyabrın 8-də keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR