Oman dənizində 2 neft tankerinə hücum olub

Oman dənizində 2 neft tankerinə hücum olub
# 13 iyun 2019 12:44 (UTC +04:00)

Oman dənizində 2 neft tankerinə hücum olub. Hücuma məruz qalmış iki neft tankerinin 44 ekipaj üzvü iranlı xilasedicilər tərəfindən sudan çıxarılıb və İran gəmisi ilə Cask limanına gətirilib.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İRNA agentliyinə mənbəyə istinadən yazıb.

Bildirilir ki, ilk tankerdə yanğın Cask limanından 25 mil uzaqlıqda yerli vaxtla saat 8:50-də baş verib. “Gəmi Marşal adaları bayrağı altında Qətərin Ər-Rüus limanından Tayvana etanol aparmaq üçün yola çıxıb. Yanğın baş verdikdən sonra ekipaj üzvləri xilas olmaq üçün özlərini dənizə atıb. Gəminin 23 heyəti sudan xilas edilib”.

Mənbə qeyd edib ki, yerli vaxtla saat 09:50-də Cask limanından 28 mil uzaqlıqda daha bir gəmidə yanğın baş verib. “Metanol daşıyan bu gəmi Panama bayrağı altında Səudiyyə Ərəbistanından Sinqapur istiqamətində hərəkətdə olub. Burada da 21 ekipaj üzvü özlərini suya atıb və İran xilasediciləri tərəfindən çıxarılıb”.

Qeyd edək ki, hadisə Hind okeanının şimal hissəsində Oman dənizində baş verib. Səhər saatlarında dənizdə iki ardıcıl partlayış səsi eşidilib. Tankerlərdə partlayışların hücum nəticəsində baş verdiyi deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR