“Röyters”: Türkiyə zabiti ABŞ-dan sığınacaq istəyib

“Röyters”: Türkiyə zabiti ABŞ-dan sığınacaq istəyib
# 10 avqust 2016 05:46 (UTC +04:00)

Bakı-APA. Türkiyə ordusunun ABŞ-ın Virciniya ştatında NATO birləşməsində xidmət edən zabiti hərbi çevrilişə cəhdin araşdırılması ilə əlaqədar geri çağırıldıqdan sonra ABŞ-dan sığınacaq istəyib.

 

APA-nın RİA "Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu “Röyters” agentliyinə amerikalı məmurlar bildirib.  Agentlik türkiyəli hərbçinin ABŞ-dan sığınacaq istəməsinin tarixdə ilk hal olduğunu qeyd edir.

 

Mənbənin məlumatına görə, türkiyəli zabit NATO-nun Birləşmiş Silahlı Qüvvələrinin transformasiyası üzrə komandanlığının Norfolk şəhərində yerləşən mənzil qərargahında xidmət edib. Onun kimliyi və rütbəsi açıqlanmır.

 

Türkiyənin Vaşinqtondakı səfirliyinin nümayəndəsi bildirib ki, Türkiyə məhkəməsi iyulun 22-də kontr-admiral Mustafa Uğurlunun həbsinə dair order verdikdən sonra həmin hərbçidən heç bir məlumat daxil olmayıb.    

 

“Mustafa Uğurlu iyulun 22-də medallarını və şəxsiyyət vəsiqəsini bazada qoyaraq yoxa çıxıb. Bundan sonra ondan heç bir xəbər olmayıb”, - deyə mənbə bildirib.

 

Türkiyəli məmur ABŞ-da xidmət çəkən daha iki türkiyəli zabitin geri çağırıldığını bildirib.   

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR