Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Nəsimi Rayon Məhkəməsində Nardaran hadisələri ilə bağlı təqsirləndirilən Nahid Qəhrəmanovun və digərlərinin həbs müddətinin uzadılması ilə bağlı məhkəmə prosesi keçirilib.
Vəkil Bəxtiyar Hacıyev APA-ya açıqlamasında bildirib ki, prosesdə həbs müddətinin 3 ay müddətində uzadılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, ötən il noyabrın 26-da DİN tərəfindən Nardaranda “Müsəlman Birliyi” hərəkatının rəhbəri olan Taleh Bağırovun yaşadığı evdə əməliyyat keçirilib. Əməliyyat zamanı 2 polis əməkdaşı aldığı xəsarətlərdən ölüb. Əməliyyat zamanı Taleh Bağırov başda olmaqla, 60-dan çox şəxs saxlanılıb. Onlardan bir neçəsi inzibati olaraq bir neçə günlük azadlıqdan məhrum edilib. Taleh Bağırov və 18 nəfərdən ibarət qrupun hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə prosesi keçirilir, bir qrup şəxsin cinayət işi üzrə isə istintaq davam etdirilir.