Pakistan və İran son 2 ildə ilk dəfə siyasi məsləhətləşmələr aparmaq niyyətindədir

Pakistan və İran son 2 ildə ilk dəfə siyasi məsləhətləşmələr aparmaq niyyətindədir
# 16 iyun 2023 15:23 (UTC +04:00)

Pakistan və İran 2021-ci ildən indiyə qədər ilk dəfə siyasi məsləhətləşmələr aparmaq niyyətindədir.

APA xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Mümtaz Zəhra Bəluç bu gün bildirib.

Məlumatda deyilir ki, 17-18 iyun tarixlərində Tehranda Pakistan və İran ikitərəfli siyasi məsləhətləşmələrin 12-ci raundu keçirəcək.

Pakistan nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Əsəd Məcid Xan, İran tərəfini isə xarici işlər nazirinin müavini Əli Bağeri Kani rəhbərlik edəcək.

Həmçinin əlavə olunub ki, tərəflər Pakistan və İran arasında siyasət, iqtisadiyyat, ticarət və investisiya əməkdaşlığı, sərhəd təhlükəsizliyi, təhsil, iqlim dəyişikliyi və mədəniyyət sahələrində qarşılıqlı fəaliyyət məsələlərini əhatə edən ikitərəfli münasibətlərin bütün aspektlərini nəzərdən keçirəcəklər.

O cümlədən, tərəflər arasında Əfqanıstan, Kəşmirdəki vəziyyət, İran-Səudiyyə diplomatik əlaqələrinin bərpası, eləcə də regionda sülh və sabitliyin təmin edilməsi məsələlərinin müzakirəsi aparılacaq.

Xatırladaq ki, Pakistan və İran arasında siyasi məsləhətləşmələrin son raundu 2021-ci ilin oktyabrında İslamabadda baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR