Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb

Pakistanda COVID-19-a gündəlik yoluxma ötən ilin sentyabrından pik həddə çatıb
# 15 yanvar 2022 15:10 (UTC +04:00)

Pakistanda 2021-ci ilin sentyabr ayından bəri koronavirusa (COVID-19) gündəlik ən yüksək yoluxma halı qeydə alıb.

APA-nın Pakistanın Səhiyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, son sutka ərzində Pakistanda 4 mindən çox koronavirusa yoluxma halı qeydə alınıb. Bu, keçən ilin sentyabr ayından bəri ən yüksək göstəricidir.

Son 24 saat ərzində ölkədə 4 286 nəfər koronavirusa yoluxub. Bununla da, 2020-ci ilin mart ayından bu yana yoluxma sayı 1,13 milyonu keçib.

Ötən gün 4 nəfər koronavirusdan vəfat edib. Beləliklə, ümumi ölüm sayı 29 003-ə çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR