Pakistanda partlayış nəticəsində 4 zabit həlak olub, 2 nəfər yaralanıb

Pakistanda partlayış nəticəsində 4 zabit həlak olub, 2 nəfər yaralanıb
# 26 sentyabr 2021 09:54 (UTC +04:00)

Pakistanın Bəlucistan əyalətində içərisində mina olan avtomobilin partlaması nəticəsində 4 Pakistan təhlükəsizlik zabiti ölüb, 2 nəfər yaralanıb.

APA bildirir ki, bu barədə "Dawn" qəzeti yazıb.

Qəzetin yazdığına görə, Sərhəd Korpusunun zabitləri şənbə günü partlayışın baş verdiyi Harnai rayonunda patrul xidməti həyata keçiriblər.

Onların olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun üzərindən keçərkən partlayış olub.

Hadisə yerinə gələn digər təhlükəsizlik qüvvələri yaralıları xəstəxanaya aparıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR