Pakistanda terror nəticəsində doqquz əsgər həlak olub

Pakistanda terror nəticəsində doqquz əsgər həlak olub
# 31 avqust 2023 23:54 (UTC +04:00)

Pakistanda hərbi konvoya terror hücumu olub.

APA xəbər verir ki, bu barədə Pakistan silahlı qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

Partlayış nəticəsində doqquz əsgəri ölüb, beşi yaralanıb.

Bildirilir ki, motosikldə olan kamikadze özünü partladıb.

Ərazi təhlükəsizlik qüvvələri tərəfindən mühasirəyə alınıb, aşkarlanan bütün terrorçuların məhv edilməsi üçün əməliyyat aparılır.

Pakistanın baş naziri vəzifəsini icra edən Ənvər-ül-Haq Kakar ölən və yaralanan əsgərlərin ailələrinə başsağlığı verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR