Manat əksər xarici valyutalara qarşı bahalaşıb

Manat əksər xarici valyutalara qarşı bahalaşıb
# 05 oktyabr 2016 07:22 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi oktyabrın 4-ü ilə müqayisədə 0,14% ucuzlaşaraq 1,6115 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,03% möhkəmlənərək 1,8077 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rubl oktyabrın 4-ü ilə müqayisədə 0,77% ucuzlaşaraq 0,0257 manat səviyyəsinə enib.

Türkiyə lirəsinin məzənnəsi isə 1,24% ucuzlaşaraq 0,5270 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,0518 manatdır. Beləliklə, funt sterlinq 1,01%-lik ucuzlaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,14% ucuzlaşaraq 0,6887 manat təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR