Putin Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Putin Mahmud Abbasla Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
# 22 dekabr 2023 15:36 (UTC +04:00)

Rusiya Prezidenti Vladimir Putin Fələstin Prezidenti Mahmud Abbasla telefonla danışıb.

APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Putin Fələstin liderini Yaxın Şərqdə gərginliyi azaltmaq üçün atdığı addımlar barədə məlumatlandırıb.

Telefon danışığı zamanı qan tökülməsinə tez son qoyulması və siyasi həll prosesinin bərpasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR