Qırğızıstanla Tacikistan atəşkəs və əlavə qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər

Qırğızıstanla Tacikistan atəşkəs və əlavə qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər
# 28 yanvar 2022 04:12 (UTC +04:00)

Qırğızıstan və Tacikistan rəsmiləri atəşkəs və sərhəd münaqişəsi baş verən əraziyə yerləşdirilən əlavə qüvvələrin çıxarılması barədə razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“Tam atəşkəsin bərpası, tərəflərin hər birinin sərhədə cəlb etdiyi əlavə qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması, Batken-İsfanə magistral yolu ilə hərəkətin açılması, habelə birgə patrul xidməti haqqında razılıq əldə olunub. Münaqişənin qarşısını almaq üçün Qırğızıstan və Tacikistanın hüquq-mühafizə orqanlarının əməkdaşları sərhədyanı ərazilərə yerləşdirilib”, - məlumatda deyilir.

Sərhəd Xidmətinin məlumatına görə, görüş zamanı iki ölkənin nümayəndə heyətləri iki dövlətin sərhədçiləri arasında münaqişənin başladığı Tort-Koço bölgəsinə də baş çəkiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR