ROKETSAN-ın zond raketi uğurla buraxılıb

ROKETSAN-ın zond raketi uğurla buraxılıb
# 13 avqust 2023 03:58 (UTC +04:00)

"Roketsan" şirkəti tərəfindən qabaqcıl mühəndislik texnologiyaları ilə hazırlanmış zond raketi İğneadadan uğurla buraxılıb.

APA xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Sənayesi Rəyasət Heyəti məlumat yayıb.

“Ölkəmizin kosmosa çatma səyləri çərçivəsində qabaqcıl mühəndislik texnologiyalarımızla hazırlanmış zond raketimiz İğneadadan uğurla buraxılıb”, - deyə paylaşımda qeyd olunub.

Bildirilib ki, raketin bütün kritik alt sistemləri yerli, milli və unikal şəkildə hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR