Rusiya MN: Suriyada qeyri-qanuni qruplaşmaların diversiya aktivliyi artıb

Rusiya MN: Suriyada qeyri-qanuni qruplaşmaların diversiya aktivliyi artıb
# 31 mart 2024 02:08 (UTC +04:00)

Suriyada qeyri-qanuni silahlı birləşmələrin üzvləri diversiya aktivliyini artırıblar.

APA xəbər verir ki, bu barədə Rusiya Müharibə edən Tərəflərin Barışıq Mərkəzinin rəis müavini, general-mayor Yuri Popov məlumat verib.

“İdlib deeskalasiya zonasında aktivlik artıb”, - məlumatda deyilir.

Onun sözlərinə görə, cümə günü, martın 29-da Suriya Silahlı Qüvvələri Hələb əyalətində silahlıların hücumunu dəf edərkən azı dörd terrorçunu məhv edib. İki gün əvvəl İdlib vilayətinin cənubunda qeyri-qanuni silahlı birləşmələrin azı 6 üzvü öldürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR