Bakı. Fərid Mirzəyev – APA. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən ötən ilin dekabrın 10-da elan edilmiş ümumi müsahibəyə sənəd qəbulu başa çatıb.
APA-nın xəbərinə görə, ümumi müsahibəyə Gənclər və İdman Nazirliyi 1 vəzifə üzrə 1 yer, Maliyyə Nazirliyi 1 vəzifə üzrə 1 yer, Dövlət Statistika Komitəsi 22 vəzifə üzrə 22 yer, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi 8 vəzifə üzrə 8 yer, Qaradağ Rayon Məhkəməsi 1 vəzifə üzrə 1 yer, Nərimanov Rayon Məhkəməsi tərəfindən 1 vəzifə üzrə 1 yer təqdim edib.
Ümumi müsahibəyə sənəd qəbulu zamanı 21 namizəd qeydə alınıb.
Qeyd edək ki, vakansiyaların ümumi sayı 34-dür.