Şirazdakı terror aktına görə 37 nəfər saxlanılıb

Şirazdakı terror aktına görə 37 nəfər saxlanılıb
# 31 avqust 2023 12:53 (UTC +04:00)

İranın Şiraz şəhərində terror aktı ilə əlaqədar 37 nəfər saxlanılıb.

APA xəbər verir ki, bu barədə yerli “Tasnim News Agency” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, saxlanınanlardan 5 nəfər azadlığa buraxılıb, 3 nəfərin haqqında toplanmış materiallar məhkəməyə göndərilib, qalan 29 nəfər barədə araşdırma davam edir.

Xatırladaq ki, 13 avqust tarixində İranın Fars əyalətinin Şiraz şəhərindəki Şahçıraq ziyarətgahına silahlı hücum olub. Ziyarətgaha daxil olmaq istəyən şəxslərlə təhlükəsizlik qüvvələri arasında qarşıdurma olub. Nəticədə 4 təhlükəsizlik əməkdaşı öldürülüb, 8 nəfər yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR