İŞİD qruplaşması liderlərindən birinin öldürüldüyünü təsdiqləyib

İŞİD qruplaşması liderlərindən birinin öldürüldüyünü təsdiqləyib
# 11 oktyabr 2016 00:06 (UTC +04:00)

Bakı-APA. İŞİD qruplaşması ABŞ Hərbi Hava Qüvvələrinin Suriyanın Rakka şəhərinə endirdiyi hava zərbəsi nəticəsində liderlərindən birinin öldürüldüyünü təsdiqləyib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, sentyabr ayında bombardman zamanı ölən Salman əl-Fayad (o, həmçinin doktor Vail kimi tanınırdı) İŞİD qruplaşmasının “informasiya naziri” sayılırdı.

Sentyabrın 7-də Pentaqonun nümayəndəsi Piter Kuk Suriya ərazisində endirilən hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının liderlərindən birinin məhv edildiyini bəyan edib: “İŞİD-in “informasiya naziri” hesab edilən Salman əl-Fayad Rakka şəhəri yaxınlığında məhv edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR