AMEA Nəsimi adına Dilçilik İnstitutu ədəbi dil normalarına riayət edilməsi sahəsində teleradio yayımçılarının proqramlarının monitorinqini aparacaq.
Bu barədə APA-ya AMEA Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Sevinc Əliyeva məlumat verib.
O bildirib ki, monitorinqlər 1-30 noyabr tarixlərində aparılacaq, monitorinqin nəticələri dekabrın əvvəllərində elan olunacaq.
Şöbə müdirinin sözlərinə görə, monitorinqlər mütəmadi aparılacaq, İTV, ATV, “Space”, “Xəzər” və “Lider” telekanallarını əhatə edəcək. S. Əliyeva əlavə edib ki, AzTV və ARB televiziya kanallarında yayımlanan proqramların monitorinqinin ayrıca aparılması planlaşdırılır.
S. Əliyeva qeyd edib ki, monitorinqlərdə Milli Televiziya və Radio Şurasının mütəxəssisləri iştirak etməyəcək.