Suriyada SEPAH-ın zabiti öldürülüb

Suriyada SEPAH-ın zabiti öldürülüb
# 23 avqust 2022 07:05 (UTC +04:00)

İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) tərkibində quru qoşunarının zabiti Sərdar Əbülfəzl Əlicani Suriyada öldürülüb.

APA xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.

Məlumata əsasən, Əlicani ərəb ölkəsində məsləhətçi missiyasını həyata keçirirdi. İnsidenin ötən gün səhər saatlarında baş verdiyi qeyd edilir.

Digər təfərrüatlar barədə məlumat verilmir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR