Fond: Bağlanan 10 bankın 176 min əmanətçisinə hələlik kompensasiya verilməyib

Fond: Bağlanan 10 bankın 176 min əmanətçisinə hələlik kompensasiya verilməyib
# 18 aprel 2017 09:01 (UTC +04:00)

"Azərbaycanda ləğvetmə prosesində olan banklarda qorunan əmanətlər üzrə 26,8 mln. manat ödənilməmiş kompensasiya məbləği qalıb". "APA-Economics" xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov deyib.

 

Onun sözlərinə görə, indiyədək ödənilən kompensasiya məbləği isə 727 mln. manat təşkil edir. "Bu banklarda ümumi əmanətlərin məbləği 1 milyard 130 milyon manatdır.  Kompensasiya məbləği 22 min 666 nəfərə ödənilib. 175 min 943 nəfərə isə hələlik kompensasiya verilməyib. 106 min nəfərin əmanəti isə 1 manata qədər olanlardır. Ümumilikdə bu banklar üzrə 2,9 mlrd. manat ümumi öhdəlik var".

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR