Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan şəxs Azərbaycanda saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 11-ci maddəsi (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə axtarışda olan Mübariz Tağıyev tutulub.