Tərtərdə idmançı 2 ay əvvəl aldığı travmadan həyatını itirib.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər şəhər sakini Cəhdi Cəlal Ramil oğlu bu gün ölüb. 15 yaşlı C. Cəhdi kikboksinq idman növü üzrə müxtəlif yarışlarda qələbə qazanıb.
Yaxınlarının APA-ya verdiyi xəbərə görə, C. Cəhdi 2 ay əvvəl Göyçayda keçirilən yarışda travma alıb. Bir müddət müalicə keçib. İki gün əvvəl halı pisləşən yeniyetmə bu gün Bakı xəstəxanalarından birinə aparılarkən yolda keçinib.