Bakı. Şəhriyar Əlizadə - APA. Daxili İşlər Nazirliyi (DİN) Bərdədə baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, yanvarın 8-də Bərdə rayonunun Tumaslı kəndində yaşayan, ruhi xəstə Zülfüqar Rəhimov evində münaqişə zəminində arvadı Gülnar Rəhimovaya bıçaqla xəsarət yetirib. O, hadisə yerində ölüb.
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Z.Rəhimov tutulub.
Faktla bağlı araşdırma aparılır.