Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
APA-nın “RİA-Novosti”-ə verilən məlumata görə, ABŞ səfirliyi və NATO missiyası yaxınlığında baş verən hadisə nəticəsində 8 nəfər ölüb, 22 nəfər isə yaralanıb. Terrorçu-kamikadze əcnəbi qüvvələrin konvoyu keçən zaman partlayıcı qurğunu işə salıb. Hüquq-mühafizə orqanların qənaətinə görə, terrorçunun hədəfi Alyans koalisiyasının nəqliyyatı olub.