Bakı – APA. “Neftçi” Topaz Premyer Liqasında III dövrənin startı öncəsi daha bir futbolçu ilə vidalaşıb. Klubdan apasport.az saytına verilən məlumata görə, qapıçı Miçal Peskoviçlə müqavilə uzadılmayıb.
Mövsümün əvvəlində Polşa klubu “Podbeskidze”dən transfer edilən Peskoviç paytaxt təmsilçisi ilə 6 aylıq müqavilə imzalamışdı. Klub rəhbərliyi anlaşması başa çatan slovakiyalı qolkiperin qalmasının tərəfdarı idi. Lakin tərəflər maliyyə məsələsində ortaq məxrəcə gələ bilmədiyindən, Peskoviçlə yeni müqavilənin imzalanmamağına qərar verilib.
Qeyd edək ki, Peskoviç Topaz Premyer Liqasının ilk yarısında cəmi 2 matçda “Neftçi”nin qapısını qoruyub və qapısından 4 top buraxıb.