İtaliya mətbuatında azərbaycanlı məcburi köçkünlər haqqında məqalə dərc olunub

İtaliya mətbuatında azərbaycanlı məcburi köçkünlər haqqında məqalə dərc olunub
# 12 oktyabr 2016 10:07 (UTC +04:00)

Bakı – APA. İtaliyanın “Cronache di Napoli” qəzetində jurnalist Domeniko Letisiya tərəfindən “İnkar olunmuş hüquqlar: Şuşanın sürgündəki icra başçısı. 1992-ci ildən fəaliyyət göstərən düşərgədə həyat” (I diritti negati: Shusha, il sindaco in esilio. Vivere in un campo dal’92) adlı məqalə dərc olunub.

APA-nın məlumatına görə, məqalə D. Letisiyanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovdan aldığı müsahibə və Ramana qəsəbəsi yaxınlığında məcburi köçkün ailələri üçün tikilmiş qəsəbəyə səfəri əsasında yazılıb.


Məqalədə bildirilir ki, 8 may 1992-ci il tarixində Ermənistan silahlı qüvvələrinin Şuşanı işğal etməsi nəticəsində şəhərdə yaşayan azərbaycanlılar öz yurdunu tərk etmək məcburiyyəti ilə üzləşib, dövlət tərəfindən tikilmiş xüsusi qəsəbədə məskunlaşıblar. Şuşanı hansı şəraitdə tərk etməyindən danışan şəhərin “sürgündə” olan icra başçısı kimi təqdim olunan B. Səfərov işğal günündən bəri Şuşaya gedə bilmədiyini və ən böyük arzusunun yenidən Şuşaya dönmək olduğunu bildirib.

Məqalədə B. Səfərova istinadən Azərbaycanda müxtəlif dinlərin və millətlərin, o cümlədən ermənilərin dinc şəraitdə yaşadığı bildirilir, Ermənistanda yalnız ermənilərin yaşaması və Ermənistanın multikulturalizmə qarşı olması vurğulanır. Bundan əlavə, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən BMT-nin dörd qətnaməsi xatırladılır.

Məqalədə həmçinin jurnalistin Bakı yaxınlığında yerləşən məcburi köçkünlərin məskunlaşdığı qəsəbəyə səfərindən və orada mövcud şəraitdən söz açılır: “Mən qəsəbədə yenicə tikilmiş, şagirdlərin ingilis dilində dərs keçdiyi informatika otağı olan müasir məktəbdə və musiqi məktəbində oldum. Musiqi məktəbinin direktoru İtaliya vətəndaşı olduğumu biləndə, mənə öz telefonunda məktəbin şagirdləri tərəfindən italyan dilində təşkil olunmuş konserti nümayiş etdirib. Adriano Çelentano, Toto Kutunyo, Luçano Pavarotti və Enriko Karusonu bu qəsəbədə tanıyırlar, uşaqlar dərslərdə onların mahnılarını öyrənirlər. Düşərgədə olanda, şəhid vermiş məcburi köçkün ailəsinə qonaq dəvət edildim. Ailə sahibi evlə təmin olunduğunu, vergidən azad edildiyini və sabaha ümidlə baxdıqlarını bildirsə də, doğma yurdu heç nəyin əvəz etmədiyini xüsusi ilə vurğulamağı da unutmayıb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR