Bakıda iki fərdi ev yanıb

Bakıda iki fərdi ev yanıb
# 08 avqust 2016 01:28 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan ikimərtəbəli 6 otaqlı evin 1-ci mərtəbəsində 2 otağın tavanı və əşyaları 30 m2 sahədə yanmışdır.

 

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın saat 23:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR