Prezident: “Ümidvaram ki, Fransanın səyləri Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcək”

Prezident: “Ümidvaram ki, Fransanın səyləri Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verəcək”
# 08 may 2017 11:30 (UTC +04:00)

“Mən Fransanın səylərinə xüsusi əhəmiyyət verir və ümidvar olduğumu bildirirəm ki, bu səylər münaqişənin ədalətli həllinə nəhayət öz töhfəsini verəcək”.

 

APA-nın məlumatına görə, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin Fransanın yeni seçilmiş prezidenti Emmanuel Makrona təbrik məktubunda deyilir.

 

“Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi, BMT Baş Məclisi, ATƏT, NATO, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatların müvafiq qərar və qətnamələri var. Lakin Ermənistan buna məhəl qoymur. Fransa digər həmsədrlər kimi indiki status-kvonu qəbuledilməz hesab edir. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə ancaq beynəlxalq hüququn normalarına uyğun və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”, - deyə məktubda vurğulanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR