Tovuz rayonunda avtomobil ağaca çırpılıb, 25 yaşlı sürücü ölüb

 Tovuz rayonunda avtomobil ağaca çırpılıb, 25 yaşlı sürücü ölüb
# 12 aprel 2017 07:07 (UTC +04:00)

Bu gecə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə  Tovuz rayonu, Qovlar şəhəri ərazisində vətəndaşa məxsus "VAZ" markalı  minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol-qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

 

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb edilib. Avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü, 1992-ci il təvəllüdlü İsrafilov Sadiq Zakir oğlunun meyiti yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 03:15-də başa çatıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR