Dövlət başçısı ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib

Dövlət başçısı ABŞ Etnik Anlaşma Fondunun prezidentini qəbul edib
# 04 may 2017 09:20 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ABŞ Etnik Anlaşma Fondunun prezidenti Mark Şnayeri qəbul edib.

 

APA-nın məlumatına görə, görüşdə Bakıda keçirilən IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi işinə töhfə verdiyi vurğulanıb.

 

Söhbət zamanı Azərbaycanda müxtəlif millətlərin və dini konfessiyaların nümayəndələrinin mehriban qardaşlıq şəraitində yaşamaları məmnunluqla qeyd edilib, yüksək səviyyədə tolerantlığın mövcudluğu bir nümunə kimi vurğulanıb.

 

Görüşdə, həmçinin Azərbaycan-ABŞ əlaqələrinə toxunularaq iki ölkə arasında münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdirildiyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR