Gəncədə avtobus piyadanı vurub

Gəncədə avtobus piyadanı vurub
# 28 fevral 2016 19:35 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın qərb bürosunun məlumatına görə, hadisə fevralın 28-də axşam saatlarında şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Şəhər sakini, 1948-ci il təvəllüdlü Mərdanov Mustafa Məhərrəm oğlu yolu keçmək istəyərkən “İsuzu” markalı sərnişin avtobusu onu vurub.

M. Mərdanov müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR