Azərbaycan kubokunun final görüşünün yeri dəyişməyəcək

Azərbaycan kubokunun final görüşünün yeri dəyişməyəcək
# 11 aprel 2017 12:28 (UTC +04:00)

Ölkə kubokunun finalının yeri dəyişməyəcək. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev məlumat verib. O bildirib ki, “Qarabağ” və “Qəbələ” arasında keçiriləcək görüş mayın 5-də Naxçıvanda baş tutacaq.

 

“Artıq qərar verilib. Mayın 4-dən etibarən Bakıdakı stadionların əksəriyyəti İslam Həmrəylik Oyunlarının Əməliyyat Komitəsinin ixtiyarına veriləcək. Bu səbəbdən final Naxçıvanda keçiriləcək” – deyə, PFL prezidenti bildirib. 

 

Xatırladaq ki, “Qarabağ” və “Qəbələ” azarkeşləri bəyanat yayaraq, ölkə kubokunun finalının Naxçıvanda deyil, başqa bir şəhərdə keçirilməsini tələb edib. Azarkeşlərin fikrincə, Naxçıvana gedib-gəlmək əlavə xərc tələb edir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR