Yükdaşıma şirkətinin səhmdarları yeni rəhbər seçəcək

Yükdaşıma şirkətinin səhmdarları yeni rəhbər seçəcək
# 04 oktyabr 2016 07:18 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Bu ilin noyabrın 6-da "Bakı Yükavtonəqliyyat" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.


"APA-Economics" şirkətin yaydığı elana istinadən xəbər verir ki, iclasda ASC-nin 2015-ci il üçün maliyyə-təsərrüfat fəaliyyətinin müzakirə ediləcək və illik balans hesabatı təsdiqlənəcək.

Bundan başqa, iclasda şirkətin tək başçı icra orqanının (baş direktorun) seçilməsi məsələsinə də baxılacaq. Cəmiyyətin nizamnaməsinin yeni redaksiyada təsdiq edilməsi məsələsi də müzakirə mövzusu olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR