Lavrov və Tillerson arasında telefon danışığı olub

Lavrov və Tillerson arasında telefon danışığı olub
# 01 may 2017 18:30 (UTC +04:00)

Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ-ın dövlət katibi Reks Tillerson arasında telefon danışığı olub.

 

APA-nın xəbərinə görə, bu barədə Rusiya XİN-in yaydığı açıqlamada bildirilir.

 

Söhbət zamanı mayın 10-11-də Ferbenksdə Arktik Şuranın toplantısı çərçivəsində görüşə dair  razılıq əldə edilib, eləcə də ikitərəfli əlaqələrin bəzi məsələlərinə toxunulub.

 

“Danışıq zamanı həmçinin Rusiya-ABŞ təmaslarının təqvimi müzakirə edilib. Tərəflər arasında həmçinin mayın 3-4-də Astanada Suriya üzrə görüş barədə qısa fikir mübadiləsi aparılıb”, məlumatda deyilir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR