Rusiyada xəstəxanada yanğın olub, 2 nəfər xəsarət alıb, 100 nəfər təxliyə olunub

Rusiyada xəstəxanada yanğın olub, 2 nəfər xəsarət alıb, 100 nəfər təxliyə olunub
# 18 aprel 2017 07:52 (UTC +04:00)

Bu gün Rusiyada xəstəxanada baş verib.

 

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, yanğın Sverdlovsk vilayətinin Yekaterinburq şəhərində 1 saylı vilayət klinik xəstəxanasının yeddinci korpusunun zirzəmisində olub.

 

İlkin məlumata görə, yanğın 10 kv.m sahəni əhatə edib. Yanğınsöndürənlər hadisə yerinə gələnə qədər xəstəxanadan 100-ə qədər insan təxliyə olunub. Yanğınsöndürənlər zirzəmidə olan 2 elektriki xilas ediblər. Onlar üçüncü dərəcəli yanıq xəsarəti alıblar və xəstəxanada yerləşdiriliblər. Yanğın 18 dəqiqə ərzində lokallaşdırılıb. Hadisə nəticəsində zirzəmidə olan elektrik qoruyucusuna ziyan dəyib.

 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR