Braziliya prezidentinin impiçmenti təsdiqlənib

Braziliya prezidentinin impiçmenti təsdiqlənib
# 31 avqust 2016 18:55 (UTC +04:00)

Bakı-APA. Braziliyanın Federal Senatı vəzifəsindən müvəqqəti kənarlaşdırılan Dilma Rousseffin impiçmentini səs çoxluğu ilə təsdiqləyib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, D.Rousseffin istefasının lehinə 61, əleyhinə isə 20 Senat üzvü səs verib.

Beləliklə, 2018-ci ilin sonunadək ölkəyə vitse-prezident Mişel Temer başçılıq edəcək.

Qeyd edək ki, 2011-ci ildən ölkəyə rəhbərlik edən D.Roussefin adı bir neçə korrupsiya qalmaqalında hallanıb. Qalmaqallardan biri “Petrobras” Dövlət Neft Şirkəti ilə bağlıdır. Həmçinin, D. Rousseff büdcə vəsaitlərini 2014-cü ildə yenidən prezident seçilməyə yönəltməkdə və vergilərlə bağlı qanun pozuntularında şübhəli bilinir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR