Ukraynanın Antiinhisar Komitəsi SOCAR-a qarşı iddianı təmin etməyib

Ukraynanın Antiinhisar Komitəsi SOCAR-a qarşı iddianı təmin etməyib
# 26 avqust 2016 11:57 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Ukraynanın Antiinhisar Komitəsi (AMKU) “VOG AERO JET” şirkətinin SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan “SOCAR Ukrayna” Ticərət Evi”nə qarşı şikayətini təmin etməyib.

APA-Economics”in Ukrayna mətbuatına istinadən verdiyi məlumatına görə, bu barədə AMKU-nun dövlət səlahiyyətlisi Svetlana Panaotidi bildirib.

Onun sözlərinə görə, “VOG AERO JET”in Ukrayna Dəmir Yolları tərəfindən yanacağın alınması prosedurunda qanunsuzluq hallarının olması ilə bağlı qaldırdığı iddia araşdırılıb. Ərizəçinin dəlilləri müştəri tərəfindən təmin edilmiş materiallarla təkzib edilib. Şikayət rədd edilib”.

S. Panatoidi həmçinin vurğulayıb ki, “VOG AERO JET” şirkətinin bu qərarla razılaşmasa, məhkəmə qaydasında şikayət verə bilər.

Qeyd edək ki, “SOCAR Ukrayna” Ticarət Evi” “Ukrzaliznıtsya” Səhmdar Cəmiyyəti üçün 14,1 min ton dizel yanacağının tədarükü ilə bağlı elan olunan tenderin qalibi olub. “VOG AERO JET” şirkətinin SOCAR-a qarşı iddia qaldırılmasının səbəbi isə bu şirkətin rəqiblərindən olduqca aşağı qiymətdə yükləri daşımasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR