Əflatun Amaşov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub

Əflatun Amaşov Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub
# 09 avqust 2016 12:24 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Misir Ərəb Respublikasının ölkəmizdəki səfirliyinin Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində olub. MŞ-dan APA-ya verilən məlumata görə, mərkəzin rəhbəri Əhməd Sami Elay bildirib ki, hər iki ölkə mediasının qarşılıqlı əlaqələrinin inkişafı xalqların bir-birinə daha da yaxınlaşmasında müstəsna rol oynaya bilər.

Mövcud xüsusda medianın rolunu qabardan Ə. Amaşov Azərbaycan jurnalistlərinin Misirə səfərlərinin təşkil olunduğunu qeyd edib, bu ənənənin davamının zəruriliyini əsaslandırıb. O, Misirin aparıcı media nümayəndələrinin Azərbaycana səfərlərinin də arzulandığını əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR