İran nümayəndəsi: “Bizə qarşı sanksiyalardan sonra neft hasilatını artıran OPEC ölkələri hasilatı azaltmalıdır”

İran nümayəndəsi: “Bizə qarşı sanksiyalardan sonra neft hasilatını artıran OPEC ölkələri hasilatı azaltmalıdır”
# 06 yanvar 2016 13:05 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. “İrana sanksiyalar tətbiq edildikdən sonra neft hasilatını artıran ölkələr bazarı stabilləşdirmək üçün hasilatı azaltmalıdırlar”.

APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, bu sözləri İranın OPEC-dəki nümayəndəsi Mehdi Asali deyib. O bildirib ki, İranla Səudiyyə Ərəbistanı arasında diplomatik böhran yanacaq bazarına çox qısa müddətə təsir edə biləcək. Onun fikrincə, ən böyük təhdid həddən artıq olan yanacaq təklifidir.

İranın xarici işlər nazirinin müavini isə “Reuters”ə açıqlamasında İran və Səudiyyə Ərəbistanı arasındakı münasibətlərin pisləşməsinin Suriya danışıqlarına təsir edəcəyini bildirib.

Xatırladaq ki, Suriya münaqişəsinin sülh yolu ilə həlli barədə Vyana razılaşmasına dəstək kimi BMT TŞ-nin 18 dekabr 2015-ci il tarixində qəbul etdiyi qətnamə bu ilin yanvarından Suriya müxalifəti ilə Suriya Ərəb Respublikası hökuməti arasında danışıqların aparılmasını, bu danışıqların nəticəsi olaraq müvəqqəti hökumətin qurulması, Konstitusiyanın qəbul edilməsi və 18 ay ərzində ümumxalq səsverməsinin keçirilməsini nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR