Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd hesab edir ki, Azad Suriya Ordusu İŞİD və “Cəbhə ən-Nüsrə” terror qruplaşmalarından dən heç nə ilə fərqlənmir. APA-nın xəbərinə görə, Əsəd bunu “Komsomolskaya pravda” nəşrinə müsahibəsində bildirib.
“O böyüdükdən sonra artıq baş kəsilmə cinayətlərini gizlətmək mümkün olmadı, və Qərb “Ən-Nüsrə” qruplaşmasının mövcudluğunu etiraf etdi. Iakin, əslində o elə Suriya Azad Ordusu və İŞİD-dir. Onlar eyni köklərə malikdirlər və müxtəlif səbəblərdən daim bir zonadan o birisinə hərəkət edirlər”, - deyə Əsəd bildirib.