Ombudsmanın nümayəndələri polis bölmələrində başçəkmə keçiriblər

Ombudsmanın nümayəndələri polis bölmələrində başçəkmə keçiriblər
# 26 yanvar 2016 09:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı, 27-ci, 28-ci və 29-cu, Səbail RPİ-nin isə 41-ci polis bölməsinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, başçəkmələrdə MPQ-nin həkim üzvü də iştirak edib.

Saxlanılma şəraitinin araşdırılması məqsədilə müvəqqəti saxlama kameralarına baxışlar keçirilib, polis bölmələrində “Polis orqanlarına gətirilmiş şəxslərin, habelə yetkinlik yaşına çatmayanların qeydiyyatı jurnal”ları üzrə sənədləşmə yoxlanılıb. Başçəkmənin yekununda polis bölmələrinin rəhbərliyinə müvafiq qanunvericiliyə uyğun şəkildə sənədləşmədə olan çatışmazlıqların aradan qaldırılması və təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib, o cümlədən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Konstitusiya Qanunu əsasında xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.

Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR