Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb

Rövnəq Abdullayev AFFA prezidenti vəzifəsinə namizədliyini irəli sürüb
# 18 fevral 2016 10:11 (UTC +04:00)

Bakı – APA. Martın 11-də keçiriləcək növbəti Hesabat-Seçki Konfransında baş tutacaq AFFA prezidenti vəzifəsinə ilk namizədin adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, assosiasiyanın hazırkı rəhbəri Rövnəq Abdullayev namizədliyini irəli sürüb.

Bu, AFFA-nın Nizamnaməsinin 41-ci maddəsinin 3-cü bəndini əsasən gerçəkləşib. 2 dəfə bu vəzifəyə seçilən Abdullayev növbəti dəfə seçkilərdə qalib gəlsə, üçüncü dördillikdə assosiasiyaya başçılıq edəcək.

Qeyd edək ki, Rövnəq Abdullayev ilk dəfə 2008-ci ildə, ikinci dəfə isə 2012-ci ildə AFFA-nın prezidenti seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR