Prezident İlham Əliyev: “Tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq”

Prezident İlham Əliyev: “Tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq”
# 18 yanvar 2016 11:51 (UTC +04:00)

Bakı - APA. “2015-ci ildə dünyada neftin qiymətinin kəskin düşməsi nəticəsində neft ixrac edən ölkələr çətinliklərlə üzləşiblər, bu proses indi də davam edir”.

 

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan prezidenti İlham Əliyev iqtisadi və sosial məsələlərin həlli ilə bağlı keçirdiyi müşavirədə söyləyib.

 

Dövlət başçısı deyib ki, son 1 ildə neftin qiyməti 4 dəfə düşüb: “Bu da gəlirlərin azalmasına təsir edib. Hazırda Azərbaycan vəziyyətdən çıxmaq üçün addımlar atır. Azərbaycan digər neft ölkələri ilə müqayisədə ən azı itki ilə üzləşib. Nazirlər Kabinetinin ötən iclasında verilən tapşırıqlar yerinə yetirildiyi təqdirdə Azərbaycan çətinliklərdən asanlıqla çıxacaq. Ölkədə islahatların dərinləşməsi vacibdir. Bununla bağlı səslənən təkliflər artıq icra olunur”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR